“Qazilər arasında intihar halları artıb” - TƏBİB

11:20 23.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Son vaxtlar qazilərimiz arasında intihar halları baş verir. Təəssüf ki, xidmətin ödənişsiz olmasını elan etməyimizə rəğmən, onlar bizə müraciət etməkdən çəkinirlər".

 

Hafta.az-ın məlumatına görə, bunu psixoloq Orxan Farəcli "Medianın psixi sağlamlıqda rolu" adlı təlimdə bildirib.

 

O. Fərəcli qeyd edib ki, ay ərzində cəmi 4 qazi psixoloji dəstək almaq üçün ona müraciət edib:

 

"Onlar, eyni zamanda digər vətəndaşlar "dəlisən", "xəstəsən" kimi adlandırılmaqdan çəkinirlər. Ona görə də psixi sağlamlığı olan insanlarla söhbət zamanı sözləri seçərək danışmaq lazımdır".